Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

A- A A+

2020/2021-ci tədris ili üçün ali müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları davam edir. İmtahanlar avqustun 27-dən etibarən keçirilir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər 2 istiqamət üzrə ən çoxu 6 Qabiliyyət İmtahanı Komissiyası üzrə qeydiyyatdan keçiblər. Cari ildə 11489 abituriyent və 2597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd edib. Bundan əlavə, 46280 abituriyent I-IV qruplarla yanaşı, V qrupu da elektron ərizələrində qeyd edib. Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilir. Hər imtahandan sonra hər bir komissiyanın əsasında Apelyasiya Komissiyası fəaliyyət göstərir. Xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət üzrə keçirilir.

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq

4. Teatr, kino və xoreoqrafiya sənəti

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək. Ümumilikdə 34 Qabiliyyət İmtahanı Komissiyasının təşkili nəzərdə tutulub.

İslamşünaslıq ixtisasına qəbul üçün müsahibələr sentyabrın 9-dan keçirilir. Müsahibələrdə iştirak üçün 174 abituriyent qeydiyyatdan keçib. Karantin rejiminin abituriyentlər üçün yaratdığı əlavə çətinlikləri nəzərə alaraq Naxçıvanda yaşayan abituriyentlərin müsahibədə iştirakını təmin etmək məqsədilə onlar üçün onlayn müsahibənin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, İslamşünaslıq ixtisası üzrə müsabiqəyə III ixtisas qrupu üzrə ən azı 150, o cümlədən 2-ci mərhələ üzrə ən azı 50 bal toplayan və müsahibədən məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.

Memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanları 16-18 sentyabr tarixlərində keçiriləcək. Bakıda fəaliyyət göstərən Memarlıq (40) komissiyası üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi Naxçıvanda fəaliyyət göstərən Memarlıq (77) komissiyasına şamil edilir. Memarlıq ixtisası üzrə müsabiqəyə I ixtisas qrupu üzrə ən azı 200 bal toplayan və xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.

Qabiliyyət imtahanından və müsahibədən uğurla keçən abituriyentlər müvafiq ixtisas qrupları üzrə müsabiqə şərtini yerinə yetirdikləri halda ixtisas seçimi zamanı bu qrupların xüsusi qabiliyyət tələb edən ixtisasları ilə yanaşı, digər ixtisaslarını da seçə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: