Bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu dəyişiklik yalnız bu ilə aiddir: “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.