Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturasına qəbul elan edilir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib. Qəbul planına əsasən, doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə AMEA-nın elmi müəssisə və təşkilatlarına 102 yer əyani, 49 yer qiyabi, elmlər doktoru hazırlığı üzrə 39 yer, o cümlədən 14 əyani, 25 qiyabi, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 180 yer, elmlər doktoru hazırlığı üzrə 98 yer müəyyən olunub.