Təhsilalanların tədris prosesində əyani iştirakında könüllülük prinsipi nəzərə alınacaq

A- A A+

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin başlanması müddəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarı ilə tənzimlənəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməlidir. Təhsil müəssisələri tədris və təlim-tərbiyə prosesini əyani formada təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər. Eyni zamanda təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalıdırlar.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: