Təhsil müəssisələrində əyani formada tədris xüsusi karantin rejiminin tələblərinə uyğun planlaşdırılacaq

A- A A+

Təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, qalanların günü uzadılmış qruplarda təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən, təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: