DİM II qrupa aid ixtisasları seçəcək abituriyentlərə müraciət edib

A- A A+

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in “Facebook” və “YouTube” kanallarında yayımlanan çıxışında II qrup üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələrini təhlil etmək və abituriyentlərə məsləhət vermək məqsədilə digər ixtisas qrupları üzrə də analoji görüşlər keçiriləcək.

Çıxışın videoyazısına DİM-in “YouTube” kanalında baxmaq mümkündür.

Görüşdə səslənən və II ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək abituriyentləri maraqlandıran müəyyən statistik məlumatların əks olunduğu cədvəllərlə DİM-in saytında tanış olmaq mümkündür. Cədvəllər dövlət ali təhsil müəssisələrinin eyniadlı ixtisaslarına qəbul olan abituriyentlərin bal göstəricilərinin müqayisəsi (II qrup, Azərbaycan bölməsi, əyani şöbə), qruplar (II qrup) və ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbuluna ayrılan yerlərin sayı və qəbulun nəticələri (subbakalavrlar istisna olmaqla), ən yüksək və ən aşağı keçid ballı ixtisaslar, ən yüksək və ən aşağı keçid ballı ixtisasları ( dövlət sifarişi əsasında) əhatə edir.

Cədvəllər 2019-cu il II qrup üzrə tələbə qəbulu müsabiqəsinə aiddir. 2019-cu il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə daha ətraflı məlumatla “Abituriyent” jurnalının 12 nömrəli buraxılışında tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: