Məktəblərdə fiziki tərbiyə dərsləri ancaq onlayn formada keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, həftənin 5 günü teledərslərdə də fiziki tərbiyə dərsləri əhatə olunacaq.