1-4-cü siniflərin ilk dərsləri “Mən gigiyena qaydalarına necə riayət edirəm” mövzusuna həsr olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, 5-9-cu siniflərə ilk dərslərində kompüter bilikləri haqqında məlumat veriləcək. 10-cu və 11-ci siniflərin ilk dərslərində isə məsuliyyətli davranış qaydalarından bəhs olunacaq.