“Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyasının təqdimatı oldu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin müəllifi olduğu kitab Culfa rayonu ərazisində olan bir sıra yaşayış məskənlərindən indiyədək gəlib çatan epiqrafik abidələrin tədqiqinə həsr olunub.
Monoqrafiyanın təqdimatında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev professor Fəxrəddin Səfərlinin həyatından, elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirilib ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli Naxçıvan ərazisində müsəlman epiqrafik abidələrini ilk dəfə olaraq sistemli şəkildə tədqiqata cəlb edib. Onları Azərbaycanın tarix və mədəniyyətinin mənbəyi kimi öyrənib. Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə dair 600-ə yaxın elmi və elmi-kütləvi əsərin müəllifi olan alimin 30-dan çox kitab və mоnоqrаfiyаsı, dərs vəsaiti, 320-dən artıq elmi məqaləsi çap olunub. O, ikicildlik “Nахçıvаn еnsiklоpеdiyаsı”, Аzərbаycаn və ingilis dillərində “Nахçıvаn abidələri еnsiklоpеdiyаsı”, “Nахçıvаn tаriхi Atlаsı”, üçcildlik “Naxçıvan tarixi”, 3 dildə “Dədə Qorqud yurdu-Naxçıvan: tarixi-coğrafi və etnoqrafik Atlas” kimi ümumiləşdirici əsərlərin əsas müəlliflərindəndir.
Tədbirdə monoqrafiya ilə bağlı tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev,Yaşar Rəhimov və Toğrul Xəlilov da çıxış ediblər.
Monoqrafiyadan tarixçilər, doktorantlar, magistrlar, tələbələr, ümumiyyətlə, Azərbaycan tarixi ilə maraqlananlar faydalana bilərlər.
Röyal Kərimov