Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə məktəbin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında nazirin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunacaq və bu məqsədlə məktəbin girişindəki meydançanın yeri işarələnəcək.