Muxtar respublikada yeni tədris ili başladı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada yeni dərs ilində 211 ümumtəhsil məktəbində 52648 şagird təhsilə başlayır. Onlardan 5224 şagird I sinifdə təhsil alacaq. Oktyabrın 1-dən isə məktəbəhazırlıq siniflərinə 3584  uşağın qəbul olunması gözlənilir.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2911 məzun bitirib. Onlardan  275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: