Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilmiş qabiliyyət imtahanının nəticələrini açıqlayıb.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 962 abituriyentdən 239-u imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi sentyabrın 20-dək davam edəcək.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 17-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 16-da DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: