AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının cari ilə olan ikinci nömrəsi işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində aparılan tədqiqatların yer aldığı elmi-ədəbi toplunun növbəti sayında Naxçıvan Bölməsi, AMEA-nın Dilçilik İnstitutu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Akademiyası və digər elm və təhsil müəssisələrdə çalışan əməkdaşların müxtəlif səpkili mövzulardakı elmi məqalələri öz əksini tapıb.
Yeni sayda “Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi məsələləri”, “Naxçıvan Türk-İslam mədəniyyəti abidələri”, “Mir Cəlal hekayələrində sosial-mədəni problemlərin əksi (yazıçının həkimlərə həsr edilmiş hekayələri əsasında)”, “Hüseyn Cavid obrazı Azərbaycan dramaturgiyasında (1980-1990-cı illər)”, “Klassik ədəbiyyatımız milli sərvətimizdir”, “Naxçıvanda miladdan öncə yaşamış Skif türkləri ilə bağlı etnooykonimlər”, “Şamil Qazıyev rəngləri Naxçıvan teatr səhnəsində” və digər orijinal elmi məqalələr rus və ingilis dillərində xülasələri ilə birgə oxuculara təqdim olunub.