AMEA Naxçıvan Bölməsində elmi-praktik seminar keçirilib - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Bioresurslar İnstitutunda keçirilən seminar “Naxçıvan Muxtar Respublika ərazisində yayılan Söyüdyarpaq armud növünün bioekoloji xüsusiyyətləri və fitokimyəvi tərkibi” mövzusunda olub.

Tədbirdə institutun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova bitkilərin insan orqanizmi üçün faydalarından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının florasında yayılan bitkilər zəngin fitokimyəvi tərkibə malikdir.

Surə Rəhimova muxtar respublika ərazisində yayılan Söyüdyarpaq armud növünün bioekoloji xüsusiyyətləri və fitokimyəvi tərkibi ilə bağlı ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, ilk dəfə biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov tərəfindən muxtar respublika ərazisində yabanı armudun 14 növünün və 3 variasiyasının yayıldığı müəyyən edilib, yayılma zonaları dəqiqləşdirilib və ehtiyatı öyrənilib. Sözügedən armud növünə muxtar respublikanın quru dağ ətəklərində, daşlı-qayalı yamaclarda, çayların yatağında, düzənliklərdə, əkin tarlalarının kənarlarında tək-tək və qrup şəklində rast gəlinir. Şaxtaya, istiyə dözümlü, quraqlığa davamlıdır.

Daha sonra mövzu ətrafında institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru dosent Namiq Abbasov çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: