Kosta-Rika Elmi-Texniki İnstitutundan olan alimlər at antitelləri əsasında koronavirusa qarşı dərman hazırlayırlar. Bu barədə məlumat “Scientific American” nəşrində yer alıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məqalədə verilən məlumata görə, tədqiqat zamanı altı ata laboratoriya şəraitində əldə edilmiş SARS-CoV-2 zülalı yeridilib. Atlardan üçünə zülalın bir hissəsi, digərlərinə koronavirusun dörd zülalından ibarət kombinasiya vurulub. İki həftədən bir edilən dörd peyvənddən sonra atlarda antitelin lazımi səviyyəsi yaranıb.
Sonra əczaçılıq zavodunda atların qanından götürülüb, plazma eritrosidlərdən, habelə antitel plazmadan ayrılıb və insanlar üzərində sınaq aparmaq üçün uyğun olan tərkib əldə edilib. Klodomiro Pikado İnstitutunda mikrobioloq və COVID-19 layihəsində aparıcı tədqiqatçı Alberto Alape Xiron bildirib ki, at antiteli olan bir flakon təqribən 100 dollar olacaq, insan antiteli əsasında preparatlar isə 10 dəfə bahadır.
Alimlərin fikrincə, belə texnologiya daha ucuz və sürətlidir. Lakin çatışmayan cəhəti ondadır ki, bəzi insanlarda bu, allergik reaksiya törədə bilər.
Əvvəllər analoji olaraq donuz insulinindən istifadə edilib. Zaman keçdikcə bu üsuldan imtina edilib, çünki insan zülalı daha yaxşı işləyir və immun reaksiya doğurmur.