Abituriyentlərin nəzərinə: ixtisas seçiminin sonuna bir gün qalıb

A- A A+

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiqlənib.

2467 ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 1 gün qalıb və sentyabrın 20-si saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: