Naxçıvanda ümumtəhsil müəssisələrinin interakiv və elektron vasitələrdən istifadə imkanları genişləndiriləcək

A- A A+

Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrini əhatə edən interaktiv tədris üçün müvafiq avadanlıq və kompüter proqramının təqdim edilməsi layihəsi” çərçivəsində “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə layihə üzərində muxtar respublikanın ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanının yaradılması məqsədilə müzakirələr aparılıb.

Müzakirə zamanı Təhsil naziri Rəhman Məmmədov bildirib ki, həyata keçirilən bu layihə  muxtar respublikada təhsilin inkişafına öz layiqli töhfəsini verəcək, ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanı yaradacaqdır.

Sonra layihənin həyata keçirilməsi üçün mövcud imkanlarla tanış olmaq məqsədilə qonaqlar Təhsil Nazirliyi, Naxçıvan şəhər 5 nömrəli, Şahbuz şəhər 2 nömrəli, Ağbulaq və Turkeş kənd tam orta məktəblərində elektron lövhəli siniflərlə, kompüter otaqları ilə tanış olublar.

Qeyd edək ki, quraşdırılacaq avadanlıqlar içərisində 3 dəst Full HD formatında kamera sistemi, çəkilişlər zamanı müəllimin avtomatik izlənməsi sistemi, 2 dəst səs sistemi, interaktiv rəqəmsal lövhə dəsti, Full HD formatında video qeydiyyat sisteminin və müvafiq proqram təminatının təqdim edilməsi nəzərdə tutulub. Eyni zamanda, muxtar respublikanın təhsil müəssisələrində şəbəkə aqreqasiya qurğuları və videokonfrans sistemləri də quraşdırılacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: