Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı davam edir

A- A A+

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qəbul olan abituriyentlər sentyabrın 25-i saat 17:00-dək lazımi sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin nəzərinə çatdırılır ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: