Naxçıvan Müəllimlər İnstitutunda hamilik çərçivəsində seminar-diskussiya keçirildi - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda onlayn seminar-diskussiya Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi tələbələri üçün keçirilib.
Rəssamlar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov hami təşkilatla birgə keçirilən seminarların əhəmiyyətini diqqətə çatdırıb. Rektor bildirib ki, hamilik çərçivəsində həyata keçirilən işlər müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün geniş imkanlar açmaqdadır.
“İstedadlı tələbələrin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi və qarışıq sərgiləri təşkil olunur”,-deyən Əməkdar rəssam, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qeyd edib ki, mütəmadi olaraq ustad dərsləri keçirilib, tələbələr festival və müsabiqələrə dəvət olunaraq yüksək nəticə göstəriblər.
Onlayn seminarda, həmçinin müəllim və tələbələrin çıxışları dinlənilib. Tədbir tələbələrinin sualları ilə diskussiya şəraitində davam edib.