Birinci qrupda vakant yerlərin ümumi sayı 1762-dir, ondan 1309 yer Azərbaycan bölməsi üçündür. Bu qrupda qəbulolma 88,14 faizdir. İkinci qrupda ümumilikdə vakant yerlərin sayı 3048, o cümlədən Azərbaycan bölməsində vakant yerlərin sayı 1727-dir. Qəbulolma 77,73 faizdir. Üçüncü qrupda vakant yerlərin ümumi sayı 296-dır. Azərbaycan bölməsində cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə üzrə 12 yer qalıb. Dördüncü qrupda ümumilikdə vakant yerlərin sayı 555, o cümlədən Azərbaycan bölməsi üzrə 400, rus bölməsi üzrə 51, birgə müsabiqə üzrə 104 yerdir. Beşinci qrupda 90 vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə deyib. O bildirib ki, bütün qruplar üzrə 5751 vakant yer qalıb.