Rezidenturaya ixtisas seçimi bu gün yekunlaşır

A- A A+

Rezidenturaya qəbul olmaq üçün sentyabrın 21-dən başlanan ixtisas seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün sentyabrın 25—saat 23:59-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçməlidirlər. Bu gün saat 10:25-ə olan məlumata görə, 371 namizəd ixtisas seçimi edib.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib. Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2019-cu ildә rezidenturaya qәbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları da təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: