NDU-nun Tibb fakültəsi daha bir yeniliyə imza atdı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Əczaçılıq və simulyasiya kabinəsi”nin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev yeni kabinənin açılışını “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının formalaşması üçün yaradılan şəraitin növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, kabinənin tələbələrin yüksək ixtisaslı əczaçı kimi yetişməsində əvəzsiz rolu olacaq, onlar burada aptek təcrübəsini mənimsəyəcək, sonra xəstəxanalarda, laboratoriyalarda, əczaxanalarda işləmələri qazandıqları təcrübəyə əsaslanacaq. Rektor kabinənin açılışı münasibətilə fakültənin müəllim və tələbə heyətini təbrik edib.

Bildirib ki, əczaxananı xatırladan kabinədə dərmanlar farmakoloji qruplarına uyğun olaraq yerləşdirilib. Buradan təkcə əczaçı tələbələr deyil, eyni zamanda digər tibb ixtisasının tələbələri də istifadə edə bilərlər.

Fakültənin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri yaradılan şərait üçün minnətdarlıqlarını bildiriblər.

Sonda kabinəyə baxış olub.

Qeyd edək ki, Naxçıvanda əczaçı kadrlara olan tələbatı nəzərə alaraq universitetin Tibb fakültəsində ilk dəfə 2012-ci “Əczaçılıq” ixtisasına tələbə qəbulu həyata keçirilib. Artıq 5 ildir ki, bu ixtisas üzrə məzunlar muxtar respublikanın xəstəxanalarında, əczaxanalarında, dərman şirkətlərində öz ixtisasları üzrə fəaliyyət göstərirlər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: