Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanları başa çatıb.
İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. 20 vakant vəzifənin tutulması üçün qeydiyyatdan keçmiş 184 namizəddən 176-sı test imtahanında iştirak edib və 22 nəfər müvafiq keçid balını (70 bal) toplayıb.
İmtahanın nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.