Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə imtahan keçirilir.
DİM-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunub və ümumilikdə 26014 nəfər iştirak edir.
Bu imtahanlar ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunu, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunu və eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçən həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, imtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.