Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının doktoranturaya və dissertanturaya qəbul üzrə məsul şəxslərinə müraciət edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, doktorantura və dissertanturaya sənədlərin qəbulu başa çatdıqdan sonra 5 (beş) gün ərzində sənəd verən namizədlər haqqında məlumat müəssisə və təşkilatın rəhbərinin imzası və qurumun möhürü ilə təsdiqlənmiş halda göndərilməlidir. Məsul şəxslərdən xahiş olunur ki, məlumat DİM-ə Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1M ünvanına, həmçinin məlumatın elektron variantını nümunədəki (yüklə) Excel faylı şəklində DİM-in [email protected] elektron poçt ünvanına göndərsinlər.