Rezidenturaya müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq

A- A A+

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) ərizəsini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: