“Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda maarifləndirici vebinar keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya Laboratoriyasının təşkilatçılığı ilə keçirilən vebinarda institutun Pedaqoji və Təbiət və incəsənət fakültələrinin tələbələri iştirak ediblər.
Vebinarda institutun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən danışıb, tələbələri Startapla bağlı təqdimatların, layihələrin təşkilində fəal olmağa çağırıb.
İnstitutun İnnovasiya laboratoriyasının mütəxəssisi Səminə Rüstəmova tələbələrə Startap layihələrinin necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində marifləndirici məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.