AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mədəni xəzinəsi olan dialekt və şivələrin öyrənilməsi, yenidən hərtərəfli, dərindən tədqiqi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
Sonra bölmənin doqquz aylıq hesabatının hazırlanması ilə bağlı Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib.
Gündəliyə çıxarılan növbəti məsələ 2020-2021-ci illər üçün payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub.
Tədbirdə elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarov bölmənin elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına vakant vəzifələri tutmaq üçün müsabiqə elanının vəziyyətini diqqətə çatdırıb. Bildirib ki, “Şərq qapısı” qəzetinin 3 iyul 2020-ci il tarixli sayında çap olunan elanla bağlı 30 yerə 13 nəfər müraciət edib.
Sonda bir sıra kadr və cari məsələlərə baxılıb.