NDU-da Dünya Ürək Günü qeyd olunub

A- A A+

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kardioloji Dispanserin təşkilatçılığı ilə 29 sentyabr Dünya Ürək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər təşkilatlar həmin təşəbbüsü dəsdəkləyiblər. Vurğulanıb ki,  bu əlamətdar tarixi gün 2011-ci ildə sentyabrın 29-da keçirilir.

“Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və bu xəstəlik üzündən hər il 17 milyondan çox insan dünyasını dəyişir”,-deyən. Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə-tərəvəzlərlə qidalanmanın azlığıdır.

Sonra mütəxəssislər müxtəlif mövzularda çıxış ediblər. Tədbirdə qeyd olunub ki, Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.  

                                                                                                                Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: