“XX əsr Naxçıvan ədəbi mühitində dil məsələləri” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində baş tutan konfrans Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilib.
“Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib”,-deyən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva XX əsr Naxçıvan ədəbi mühitinin yetişdirdiyi görkəmli şair və yazıçılardan danışıb.
Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.
Bildirilib ki, XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş edibdir. XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyətin inkişafına xidmətləri keçmiş mütəfəkkirlərdən Cəlil Məmmədquluzadənin, Əliqulu Qəmküsarın, Məmməd Səid Ordubadinin, Mirzə Cəlil Şürbinin (Mirzəyev), Eynəli bəy Sultanovun, Qurbanəli Şərifzadənin, Hüseyn Cavidin və Əli Səbrinin adlarını fəxrlə çəkə bilərik.
Seyfur Hacımuradov