İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib

A- A A+

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan  tələbələri ilə görüş keçirilib.

Görüşü  fakültə dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb. İqtisadiyyat Nazirliyinin Elmi – Tədqiqat Tədris Mərkəzinin elmi işçisi  Mehparə Məmmədova çıxışında Sərəncamın icrasının Nazirlik tərəfindən  diqqətdə saxlanılmaqla hami təşkilat və universitet arasında mütəmadi görüşlərin gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz töhfəsini verəcəyini qeyd edib.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: