Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilir. İclasın gündəliyinə üç məsələ daxildir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Komitə üzvləri Əmək Məcəlləsində, “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxacaqlar.
Hər üç layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.