AMEA Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev qurumun Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar və Təbii Ehtiyatlar institutlarının şöbə və laboratoriyalarına aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elanı barədə məlumat verib. O, elan üzrə müsabiqəyə 1 elmlər, 12 fəlsəfə doktorunun müraciət etdiyini bildirib.

Daha sonra seçkilərin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli seçilib.

Sonra gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: