Türkiyə ilə Liviya hökumətləri arasında Aralıq dənizində dövlət su sərhəddinin müəyyən edilməsinə dair imzalanan anlaşma BMT tərəfindən qeydiyyata alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
BMT tərəfindən Liviyada tanınan keçid hökuməti ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tərəflər Şərqi Aralıq dənizində dövlət su sərhəddinin müəyyən edilməsi, hərbi, müdafiə, humanitar, iqtisadi və digər mühüm sahələrə dair vacib anlaşmalar əldə ediblər.