Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1994-cü ildən YUNESKO tərəfindən Beynəlxalq Müəllimlər Günü ümumdünya səviyyəsində qeyd olunur.
Ümummili liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə verdiyi yüksək qiymətdən, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan danışan rektor bildirib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Qeyd olunub ki, muxtar respublikada müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Elbrus İsayev onu da vurğulayıb ki, bugün bizlər üçün ikiqat bayramdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Bu münasibətlə müəllimləri təbrik edən rektor qeyd edib ki, ordumuzun qazandığı zəfər müəllimlərə və bütün Azərbaycan xalqına ən qiymətli hədiyyədir.
Sonra universitetə 628 balla qəbul olmuş I kurs tələbəsi Elnarə Abdullayeva çıxış edib.
Tələbə teatr studiyasının təqdimatında ədəbi-bədii kompozisiya tədbiri daha yaddaqalan edib.
Səadət Əliyeva