AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar “Naxçıvan Muxtar Respublika ərazisində yayılan armud sort və formalarının genofondunun toplanılması və qiymətləndirilməsi” mövzusunda keçirilib.
Seminarda institutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov muxtar respublikada meyvə genofondunun toplanılması, qiymətləndirilməsi və genetik ehtiyatların qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
Seminarda Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov qeyd edib ki, tədqiqatlar nəticəsində ilk dəfə olaraq muxtar respublikada armudun pomoloji xüsusiyyətlərinə görə fərqlənən 50-dən çox sort və formaları müəyyən edilib və institutun təcrübə sahəsində əkilərək üzərində fenoloji müşahidələr aparılıb, aqro-bioloji xüsusiyyətləri öyrənilib.
Sonra mövzu ətrafında çıxışlar olub.