AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası nəşr olunub.
Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, monoqrafiyanın elmi redaktoru akademik İsa Həbibbəylidir. Tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı “ön söz”dən, giriş, 2 fəsil nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiyada Məmməd Araz yaradıcılığında ümummilli məsələlər, Azərbaycan xalqının milli-mənəvi taleyi və dəyərlərini əhatə edən, qüdrətli söz ustadının sənətkarlıq məsələləri və məharətini özündə ehtiva edən problemlər təhlil obyektinə çevrilib.
Ali məktəb tələbələri, elmi tədqiqatçılar, ədəbiyyat adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitdən Məmməd Araz yaradıcılığını sevən hər kəs istifadə edə bilər.