“Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dəyirmi masa “Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə keçirilib.
30 ilə yaxın bir müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmadığına diqqət çəkən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, hazırda Şanlı Ordumuz tərəfindən düşmənə layiqli cavab verilir və işğal olunmuş ərazilərimizdən düşmənin təmizlənməsi prosesi davam edir. Rektor əminliklə bildirib ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ən qısa zamanda yağı düşməni işğal olunmuş ərazilərimizdən qovacaq, Azərbaycan öz əzəli və tarixi torpaqlarına qovuşacaq.
Daha sonra universitetin “Ümumi tarix” və “Beynəlxalq münasibətlər” kafedrasının müəllimlərinin mövzu ətrafında çıxışları dinlənilib.
Seyfur Hacımuradov