“Dilimiz varlığımızdır” kitabında professor Sədaqət Həsənovanın son illərdə araşdırmalarının nəticələri əks olunub. Müəllif Azərbaycan üslubiyyat elmi ilə bağlı ardıcıl məşğul olan alimlərimizdəndir. Onun 2017-ci ildə çap olunmuş irihəcmli “Dilimiz mənəvi kimliyimizdir” adlı kitabı elmi ictimaiyyətin diqqətini çəkib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetinin Elmi kitabxanasında keçirilən təqdimat mərasimində ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva danışıb.
Daha sonra universitet müəllimlərinin kitabla bağlı çıxışları dinlənilib.
Bildirilib ki, professor Sədaqət Həsənovanın araşdırmalarında dilçilik elminin müxtəlif sahələrinə aid mövzulardan bəhs olunur. Lakin onun elmi yaradıcılığında üslubiyyat məsələləri qırmızı xətlə keçir. Müəllifin “Dilimiz varlığımızdır” kitabında İmaməddin Nəsimi, Molla Cuma, Cəlil Məmmədquluzadə, Zeynal Cabbarzadə, Fikrət Qoca, Əli Kərim, Eldar Baxış, Nəriman Həsənzadə, Musa Yaqub və başqa söz adamlarının dilindəki yeniliklər üzə çıxarılıbdır.
Sonda professor Sədaqət Həsənova çıxış edərək tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına minətdarlığını bildirib.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Dilimiz varlığımızdır” kitabının elmi redaktoru dosent Qənirə Əsgərovadır.
Seyfur Hacımuradov