2020-ci il üzrə Nobel Sülh Mükafatı “aclıqla mübarizə səylərinə, münaqişənin təsir etdiyi bölgələrdə sülh şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfəyə və aclığın müharibə və münaqişə silahı kimi istifadə edilməsinin qarşısını almaq üçün hərəkətverici qüvvə kimi çıxış etməsinə görə” Dünya Ərzaq Proqramına verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu oktyabrın 9-da Osloda Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen xüsusi keçirilən tədbirdə elan edib.