NDU-da pedaqoji təcrübənin başlanğıc konfransı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-2021-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransında universitetin rektoru Elbrus İsayev tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov bildirib ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə 409 tələbə muxtar respublikanın 15 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində də pedaqoji təcrübədə olacaqlar. Universitetin müəllimlərindən 67 ixtisas metodist isə təcrübəyə rəhbərlik edəcək. Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbələri 45 nəfər olmaqla məşqçilik təcrübəsi keçəcəklər. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.
Daha sonra İngilis dili və metodika kafedrasının müəllimi Leyla Zeynalova, Pedaqogika və psixologiya kafedrasının müdiri, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucovanın təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında danışıblar.
Səadət Əliyeva