Naxçıvan məktəblilərinə hərbi vətənpərvərlik mövzularında açıq dərslər keçirilir

A- A A+

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, nazirliyin təşkilatçılığı ilə Açıq Səma Altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə açıq dərs keçirilib.

Gənclərdə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği məqsədilə keçirilən dərsdə bildirilib ki, müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır.

Naxçıvan şəhər Qızlar Liseyinin və 6, 7, 8 və 9 nömrəli tam orta məktəblərin IX-XI siniflərindən ümumilikdə 40 şagirdin iştirak etdiyi açıq dərsdə şagirdlərə muzey haqqında məlumatlar verilib, Ordumuzun qazandığı uğurlardan geniş söhbət açılıb.

Həmçinin Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin  şagirdləri üçün  Dövlət Bayrağı Muzeyində “Naxçıvan  xanlığının döyüş və dövlət bayraqları” mövzusunda açıq dərs keçirilib

Dərs zamanı şagirdlərə bildirilib ki, Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini verib. Xanlıq xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarıb.

Daha sonra Naxçıvan xanlığının döyüş və dövlət bayraqları haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: