Sağlamlıq imkanları məhdud uşaqlar arasında şeir müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin, Gənclər Fondunun və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan şeir müsabiqəsi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında keçirilib. 18 Oktyabr-Milli Müstəqillik Günü münasibətilə baş tutan tədbirdə müvafiq kateqoriyadan olan uşaqlar tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Sosial könüllülərin də iştirak etdiyi tədbirdə təltif olunan müsabiqə iştirakçılarına oxunması zəruri olan kitablar hədiyyə edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: