“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi konfrans keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfrans “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə keçirilib.

18 oktyabr Müstəqillik Gününə  həsr olunan konfransda ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə təhlükəsi ilə üz-üzə qalanda məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.

Vurğulanıb ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Şanlı Azərbaycan Ordusu  Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından  azad edir.

Daha sonra universitetin müəllimlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda 18 oktyabr Müstəqillik  Gününə həsr olunmuş   “Axtar-tap” intellektual oyunun qalibləri mükafatlandırılıb və Pedaqoji fakültənin tələbələri tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub. 

                                                                                   Seyfur Hacımuradov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: