Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Dövlət Müstəqilliyi Günü qeyd edilib.

Əvvəlcə İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub.

Fakültənin akt zalında davam edən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixə qısa nəzər salıb. Bildirib ki, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxt xalqdır. Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət müstəqilliyinin onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdırıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda qazandıqları qələbələrin hər bir azərbaycanlıya çox böyük sevinc bəxş etdiyini qeyd edib.

“Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir” mövzusundakı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbir tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Tələbələrin vətənpərvərliklə bağlı bədii qiraəti və musiqi nömrələri tədbiri daha yaddaqalan edib.

                                                                                   Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: