Naxçıvanda Təhsil Nazirliyinin İmtahan Mərkəzinin təqdimatı keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzinin yaradılmasına zərurət olduğunu bildirib. Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə İmtahan Mərkəzi üçün  Naxçıvan şəhəri Atatürk prospekti, 31 ünvanında yer ayrılıb və müasir avadanlıqlar quraşdırılıb. Belə ki, rəqəmsal monoxram yüksək sürətli rizoqraf çap avadanlığı dəqiqədə 130 vərəq, rəqamsal tam rəngli surətçıxaran-printer skaner çap avadanlığı A3 formatda rəngli olmaqla dəqiqədə 22 vərəq nəşr edir. Printer skaner cavab kartlarını nəşr edir ki, bu da lazım olacaq cavab kartlarının Mərkəzdə nəşr olunmasını təmin edəcək. Test skaner isə saatda 1800 cavab kartını oxuya bilir.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov Mərkəzdə yaradılan şərait və avadanlıqlar barədə məlumat verərək bildirib ki, mərkəzdə mövcud avadanlıqlarla yanaşı, gələcəkdə test skaner üçün nəzərdə tutulan proqram təminatının təkmilləşdirilməsi, açıqtipli testlərin müəyyənləşdirilmiş marker müəllimlərin kompüterlərinə göndərilməsi və elektron yoxlanılması nəzərdə tutulur. Həmçinin imtahan nəticələri ilə şagirdlərin valideynlərinə Naxtel 4G mobil operatoru vasitəsilə SMS-lə məlumat göndərilməsi istiqamətində də iş aparılacaq.   

                                                                                    Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: