NDU-da tədrisi ingilis dilində aparılacaq “İqtisadiyyat” ixtisası açılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə tələbələrlə görüşən rektor Elbrus İsayev qeyd edib ki, universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə ixtisasların fəaliyyətə başlamasını zəruri edir. Buna görə də ali təhsil ocağında   yeni   yaradılmış   və   tədrisi   ingilis   dilində   aparılacaq   “İqtisadiyyat” ixtisası “İqtisadiyyat və idarə etmə”   fakültəsinin bazasında yaradılıb. “Ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir” deyə rektor bildirib. Rektor tələbələri təbrik edib, uğurlar arzulayıb, onlara hədiyyələr təqdim edib.

Qeyd  edək  ki,   2020-2021-ci tədris ilində ingilis dilli ixtisasa 12 yerli və 3 nəfər əcnəbi olmaqla 15 tələbə qəbul olunub. Gələcəkdə müəllim və tələbələrin akademik mobillik  proqramı çərçivəsində Avropa Universitetləri ilə  əməkdaşlığı   əsas prioritet kimi müəyyənləşdirilib. Universitet məzunlarının karyera imkanlarında  dəyərləndirildiyi   bu   layihədə   xarici   tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: