Tələbə hakimlər üçün seminar-treninq keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminar-treninq Naxçıvan Dövlət Universitetinin idman kompleksində baş tutub. Futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcək tələbələrin təcrübəsinin möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, seminar-treninqin əsas məqsədi tələbələr arasında futbol, voleybol və cüdo üzrə ictimai hakimlər hazırlanmasıdır. Hazırlanan hakimlər universiada və muxtar respublika çempionatında iştirak edəcək və qazandıqları təcrübə əsasında futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcəklər.
Həmçinin bilik, bacarıq və təcrübələrini zənginləşdirən hakimlərin gələcəkdə ümumrespublika və beynəlxalq yarışlarda iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, seminar 5 həftə davam edəcək.
Səadət Əliyeva