NDU-da ilk dəfə elektron jurnal istifadəyə verilib - FOTOLAR

A- A A+

Ali təhsil ocağının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elektron jurnal Memarlıq və mühəndislik fakültəsində  istifadəyə verilib. Jurnalın təqdimat mərasimində Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, fakültə bu tədris ilində bir çox yeniliklərə imza atıb.

Rektor universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər, keçirilən mövzuların adları yüklənilib. Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollokvium və sərbəst iş qiymətləri öz əksini tapıb.  Vurğulanıb ki,  sistem tələbələrin alt qrupda və ya üst qrupda dərs götürmələri  imkanına da malikdir. Həmçinin tələbə elektron jurnal vasitəsilə semestrin sonunda öz  transkriptini də görə bilər.

Sonra  müəllimlərin sualları cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: