Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, kitabın müəllifi Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi, psixiatr Rəşadət Nabatovdur.
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə psixi sferada müşahidə olunan pozuntular kəskin və xroniki somatik xəstəliklər zamanı rast gəlinən patologiyalardan biri kimi dəyərləndirilir. Xüsusən baş beyinin kəskin üzvi xəstəliklərində, kəskin yoluxucu xəstəliklərdə, kəskin intoksikasiyalar zamanı psixi pozuntular daha qabarıq müşahidə olunduğundan xəstəyə ruhi xəstə kimi yanaşma, əsas xəstəliyin vaxtında müalicə olunmamasına və nəticədə ağır fəsadların yaranmasına səbəb olur. Belə hallarda xəstələrə düzgün müalicəvi xidmətlər göstərmək üçün nəzərdə tutulan metodik vəsait təcili tibbi yardım, poliklinika, ambulatoriya həkimləri üçün nəzərdə tutulub.